“Səhralaşmaya inad, yaşasın həyat”

“Səhralaşmaya inad, yaşasın həyat”

İyunun 17-də Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) Ekologiya işçi qrupu 17 iyun - Ümumdünya Səhralaşmaya qarşı Mübarizə Günü münasibətilə "Səhralaşmaya inad, yaşasın həyat!" adlı geniş ekoloji aksiya keçirib.ATGTİ-nin mətbuat katibi Məcid Musayevin SİA-ya verdiyi xəbərə görə, bu problemə cəmiyyətin diqqətini cəlb etmək, onu qabartmaq məqsədilə ATGTİ-nin Ekologiya işçi qrupu bu təşəbbüslə çıxış edib.

Aksiya çərçivəsində 20-dən çox gənc iki qrupa bölünərək, şəhərin iki müxtəlif istiqamətində hərəkət edib, əllərində səhralaşmaya qarşı mübarizəyə səsləyən banerlərlə şəhər sakinlərinə səhralaşma ilə bağlı hazırlanmış xüsusi məlumat bukletləri paylamışlar. Bu aksiya ilə gənclər şəhər sakinlərinə mövzu ilə bağlı məlumatların ötürülməsinə nail olublar.

Birinci qrup "Park Bulvar" Ticarət Mərkəzinin qarşısından "Xaqani" Ticarət Mərkəzinə doğru, ikinci qrup isə Filarmoniya bağından "Azərbaycan" Kinoteatrının qarşısına doğru hərəkət etmişdir.Şəhər sakinlərinin marağına səbəb olan aksiya çərçivəsində gənclər bir çox buklet verilmiş insanların suallarını cavablandırdılar.

Qeyd edək ki, səhralaşma ilə bağlı qlobal ekoloji problemlərin ciddiliyini nəzərə alan BMT Baş Assambleyası 1994-cü ildə 17 iyun tarixini Ümumdünya Səhralaşmaya Qarşı Mübarizə Günü elan edib. 1994-cü ildən etibarən hər il bu gün bütün dünyada qeyd olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com