Ombudsmanların IX Bakı Beynəlxalq Konfransının yekununda Bəyannamə qəbul edilib
Paytaxda
keçirilən Ombudsmanların IX Bakı Beynəlxalq Konfransı öz işini başa çatdırıb. SİA-nın xəbərinə görə, iyunun 16-da öz işinə
başlayan "Milli azlıqların və
miqrantların mədəni hüquqları: hüquqi aspektlər və implementasiya" mövzulu
konfransın bu gün yekun tədbiri keçirilib.
Tədbirdə çıxış edən ombudsman
Elmira Süleymanova Avropa Ombudsmanlar İnstitutu, Asiya Ombudsmanlar
Assosiasiyası və Beynəlxalq Ombudsmanlar İnstitutunun rəhbərliyinin ilk dəfə bu
konfransda bir araya gəldiklərini söyləyib.Onun sözlərinə görə, Azərbaycanın
üzləşdikləri problemləri, ölkənin haqq səsini dünyaya çatdırmaq, insan
hüquqları sahəsində əməkdaşlıq baxımından xüsusi əhəmiyyətə malikdir.
Daha sonra konfransın yekunu
olaraq Bakı Bəyannaməsi qəbul edilib. Bu bəyannamə Azərbaycan, Hindistan,
İsveç, Moldova, Norveç, Pakistan, Polşa, Rusiya və onun 12 subyekti, Sloveniya,
Tailand, Ukrayna ombudsmanları və onların nümayəndələri, Beynəlxalq
Ombudsmanlar İnstitutu, Avropa Ombudsmanlar İnstitutu, Asiya Ombudsmanlar
Assosiasiyası, UNESKO-nun Moskva bürosu, UNESKO üzrə Azərbaycan Respublikası
Milli Komissiyası tərəfindən birgə təsdiqlənib.
Burada qeyri-qanuni beynəlxalq miqrasiyanın qarşısının alınması və aradan qaldırılması məsələlərini tənzim edəcək universal və regional beynəlxalq müqavilələrin qəbul edilməsinin zəruriliyini, miqrantların və milli azlıqların hüquqlarının təmini sahəsində effektiv milli qanunvericilik aktlarının qəbul edilməsinin və bu sahədə milli insan hüquqları institutlarının qanunverici orqanla əməkdaşlığının zəruriliyini, mədəniyyətlərarası dialoq, dinlər, millətlərarası əməkdaşlığın təbliği vacib hesab edilib. Bundan əlavə, qəbul edilən bəyannamədə əməkçi miqrantların hüquqlarını təmin edəcək normaların yaradılması, miqrantlar, milli azlıqlar, qaçqınlar və ölkədaxili məcburi köçkünlərin hüquqlarının etibarı təmin edilməsi üçün regional və ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi, əməkçilərin beynəlxalq miqrasiyası üçün normal, ədalətli və humanist şərtlərin müəyyən edilməsi, mədəni müxtəlifliyin və milli azlıqların mədəni irsinin qorunması, onlara münasibətdə ayrı-seçkiliyə yol verilməməsi, bütün səylərin gücləndirilməsi əksini tapıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB