Gəncədə qanunsuz taksi fəaliyyəti ilə məşğul olan sürücülər cərimələnib - FOTO
Qanunsuz yerlərdə fərqlənmə nişanı olmadan çalışan taksi sürücüləri cərimələnib. Təkcə şəhərin Yevlax Avtovağzalı adlanan ərazisində aparılan yoxlamalar zamanı təxminən 25-dən artıq sürücünün dövlət vergisini ödəmədən fəaliyyət göstərdiyi ortaya çıxıb. Qanundan kənar işləyən sürücülər barəsində akt tərtib edilib ki, sözügedən cərimənin də məbləği 80 manat təşkil edir.
Gəncə 1 saylı Regional Nəqliyyat Departamentinin şöbə müdiri Könül İbrahimovanın SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, sürücülərlə dəfələrlə maarifləndirmə tədbirləri, izahat işləri aparılsa da nəticə əldə olunmayıb.
Məcburiyyət qarşısında departament əməkdaşları cərimə sanksiyalarına əl atır.
Reyd zamanı departament işçilərinin fəaliyyətinə mane olanlar da, sənədlərini təqdim etmək istəməyənlər də olub. Bəzi hallarda Nəqliyyat Nazirliyinin yerlərdəki nümayəndələri ilə sürücülər arasında qısa insident yaşanıb.
Reydlər bundan sonra da davam etdiriləcək.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB