Aydın Quliyev: “Ölkədə bəzi sahələrdəki problemlərin həllinə bütün cəmiyyətin diqqətini cəlb etmək lazımdır”-MÖVQE
"Silahlı Qüvvələrə Yardım Fondu" bir neçə illər bundan əvvəl yaranıb. Amma doğrusu, ötən bir neçə ildə fondla bağlı aktiv proseslər getməyib". Bu barədə SİA-ya açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib. O bildirib ki, həmin fondun hesabına nə qədər pul yığılıb-yığılmamasında cəmiyyət iştirak etməyib. Onun sözlərinə görə, həmin fondun təşkil olunub-olunmamasında aktivlik dərəcəsi barədə cəmiyyətin bu gün məlumatı yoxdur.
"Bu nöqteyi-nəzərdən cəmiyyətin diqqətinin həmin o "Silahlı Qüvvələrə Yardım Fondu"na cəlb edilməsi baxımından Yeni Azərbaycan Partiyası tərəfindən təşkil edilən xeyriyyə tədbirlərinin böyük əhəmiyyəti var. Bundan əlavə, bu məsələdə diqqətimi cəlb edən digər məsələ tədbirin siyasi partiya tərəfindən təşkil edilməsidir. Yəni bu onun göstəricisidir ki, siyasi partiyalar təkcə siyasi işlərlə, hakimiyyət uğrunda mübarizə, hakimiyyətin əldə saxlanılması ilə yox, eyni zamanda, cəmiyyətin marağında olan və dövlətçilik kontekstində olan məsələlərlə də məşğul olur. Bu hadisə Azərbaycanda təqdirəlayiq bir haldır. Yəqin ki, belə tədbirlərin davamı olacaq. Ölkələrin bir sıra sahələrində elə problemlər var ki, onların həllinə bütün cəmiyyətin diqqətini cəlb etmək lazımdır", - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB