Əlillərin Bərpa Mərkəzlərinin mövcud vəziyyətinə dair seminar keçirilib

Əlillərin Bərpa Mərkəzlərinin mövcud vəziyyətinə dair seminar keçirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) "Respublikada Əlillərin Bərpa Mərkəzləri: mövcud vəziyyət və yeni tibbi-sosial reabilitasiya istiqamətləri" mövzusunda seminar keçirilib.


Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, seminarda ƏƏSMN-in, Tibbi-sosial ekspert komissiyalarının, Əlillərin Bərpa Mərkəzlərinin və QHT-lərin nümayəndələri iştirak ediblər.


Seminarın əsas məqsədi respublikamızda əlillərin tibbi-sosial bərpası sahəsində mövcud vəziyyətin qiymətləndirilməsindən, yeni tibbi-sosial reabilitasiya istiqamətlərinin müəyyən edilməsindən, bu sahədə cəmiyyətdə ümumi rəyin yaradılmasından, təqdim olunan ilkin layihəyə gələcəkdə müvafiq dövlət orqanları və QHT-lər tərəfindən təkliflərin verilməsindən ibarət olub.


Seminarda həmçinin beynəlxalq təcrübəyə uyğun şəkildə müasir reabilitasiya metodlarını tətbiq etməklə nümunəvi və səmərəli bir reabilitasiya mərkəzinin yaradılması üçün tibbi reabilitasiya tədbirləri ilə bərabər sosial reabilitasiyanın həyata keçirilməsi məsələsi də müzakirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня