YAP-ın təşkil etdiyi xeyriyyə konsertində 25 min manat vəsait toplanıb
İyunun 16-da Yeni Azərbaycan Partiyası Mədəniyyət Mərkəzində 15 İyun – Milli Qurtuluş Günü münasibətilə və "Silahlı Qüvvələrə Yardım Fondu"na dəstək məqsədilə xeyriyyə konserti keçirilib. Partiyanın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, konsertdə 25 min manat vəsait toplanıb. Xeyriyyə konsertindən toplanan 25 min manat vəsait "Silahlı Qüvvələrə Yardım Fondu"na keçirilib.
Qeyd edə ki, konsertdə
YAP üzvü olan tanınmış sənətçilərdən xalq artisti Faiq Ağayev, Elza Seyidcahan,
Ədalət Şükürov, Nadir Qafarzadə, Aygün Bəylər, Nura Suri, Maestro Ceyhun, Elnur
Hüseynov, Sevda Yəhyayeva, Samir Dərgah və digərləri tamaşaçılar qarşısında
çıxış ediblər. Xeyriyyə tədbirində iştirak edən ziyalılar, YAP fəalları, eləcə
də, mədəniyyət xadimləri partiyamızın bu təşəbbüsünü yüksək qiymətləndiriblər. Yüksək
əhval-ruhiyyədə keçən konsert, sənətçilərin çıxışları iştirakçılarda xoş
təəssüratlar yaradıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB