Kabul Berdiyevin Dağlıq Qarabağ məsələsilə bağlı düşüncələri türk mətbuatında

Kabul Berdiyevin Dağlıq Qarabağ məsələsilə bağlı düşüncələri türk mətbuatında

Özbəkistanın Dağlıq Qarabağ məsələsində Azərbaycana dəstəyi türk mətbuatında da rəğbətlə qarşılanıb. SİA-nın məlumatına görə, \"haberler.com\" portalında Bakıya səfərə gəlmiş Özbəkistanın müdafiə naziri Kabul Berdiyevin məsələ ilə bağlı açıqlamasına yer verilib: \"Dağlıq Qarabağ məsələsində haqlı olan tərəf Azərbaycandır və münaqişənin həllində Özbəkistan hər zaman Azərbaycanın yanındadır\".

Bununla yanaşı, məlumatda Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun Özbəkistanın bu mövqeyindən məmnunolduğu üçün nazirə təşəkküretməsinə də yer verilib.


Qeyd edək ki, Kabul Berdiyevin iyunun 13-də başlayıb dövlət rəsmiləri ilə mühüm görüşləri əhatə edən səfəri dünən başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə