Bu gün Kiyev şəhərində 15 İyun Milli Qurtuluş Günü qeyd olunub. SİA-nın Şərqi Avropa ölkələri və Ukrayna bürosunun məlumatına görə, tədbir ulu öndər Heydər Əliyevin adını daşıyan parkda ümummilli liderin heykəli önündə keçirilib. Səfirliyin təşkil etdiyi tədbirdə Ukrayna Azərbaycanlıları Konqresinin (UAK), Azərbaycan-Ukrayna Gəncləri İttifaqının, "Demokratiyanın nəbzi" beynəlxalq təşkilatının, SOCAR-ın Ukrayna təşkilatının və yerli mətbuat nümayəndələri də iştirak edib.
Tədbiri giriş sözü ilə açan Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Eynulla Mədətli bayram münasibətilə azərbaycanlıları təbrik edib və Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb: "Azərbaycan yenicə qazandığı müstəqilliyini itirmək təhlükəsi ilə üzləşdiyi zaman Heydər Əliyev xalqını bu böyük bəladan xilas etdi. Çox ağır ictimai-siyasi bir vəziyyətdə öz müdrikliyi naminə tarazlı siyasət yeridərək Azərbaycanın xoşbəxt gələcəyinin təməlini qoydu və bu gün prezident İlham Əliyev də həmin kursu layiqincə davam etdirir".
Daha sonra tədbirdə UAK-ın məclis sədri Akif Gülməmədov çıxış edərək 1993-ildə xalqın məyusluq içində olduğunu və həmin vaxt yalnız ümidlərin, gözlərin ulu öndər Heydər Əliyevə tikildiyini söyləyib. Tədbirdə UAK-ın Kiyev təşkilatı sədrinin köməkçisi Firudin Həşimov və digər natiqlərdə çıxış edərək bu günün həmişə azərbaycanlıların qəlbində fəxarət hissi ilə qeyd olunacağını bildiriblər.
Əlmaniz Ələkbərli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB