Millət vəkili Ceyhun Osmanlı Milli Qəhrəmanın ailəsinə yeni evin təqdim edilməsi mərasimində iştirak edib
"İRƏLİ" İctimai Birliyinin sədri, millət vəkili Ceyhun Osmanlı 15 iyun tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Milli Qəhrəman Mübariz İbrahimovun ailəsinə yeni evin təqdim edilməsi mərasimində iştirak edib. "İRƏLİ" İctimai Birliyinin mətbuat katibi Vəfa Rüstəmovanın SİA-ya verdiyi xəbərə görə, mərasimdə çıxış edən millət vəkili tədbir iştirakçılarını "Qurtuluş Günü" münasibətilə təbrik edərək, ölkə prezidentinin bu tapşırığını xalqımızın və dövlətimizin şəhidlərə və milli qəhrəmanlara verdiyi yüksək dəyərin göstəricisi olduğunu qeyd etmiş, eyni zamanda Mübariz İbrahimovun gənclərimiz üçün mübarizlik nümunəsi olduğunu bildirib.
Daha sonra Ceyhun Osmanlı Milli Qəhrəmanın adını daşıyan lisey-məktəb kompleksinin önündə heykəlin açılış mərasimində iştirak edib. Açılışdan sonra şagirdlərlə və rayon gəncləri ilə görüşən millət vəkili onları maraqlandıran sualları cavablandırıb.
Lisey-məktəb kompleksinin müəllimlərinin "İRƏLİ İctimai Birliyinin Biləsuvar nümayəndəliyinin təsis edilməsi Biləsuvarlı gənclərin vətənpərvər ruhda böyüməsinə xüsusi töhfə verərdi" fikrini müsbət qarşılayan Ceyhun Osmanlı bunun mühümlüyünü bildirib.
Tədbirdə eyni zamanda, rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev, Ombudsman Elmira Süleymanova, Mərkəzi Bankın sədrinin 1-ci müavini Alim Quliyev, millət vəkilləri Qənirə Paşayeva, Aydın Mirzəzadə və digər rəsmilər iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB