“Qarabağ münaqişəsi: həqiqətlər və uydurmalar” mövzusunda konfrans keçirilib
Bu gün "Caspian Plaza"da Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Beynəlxalq Diaspor Mərkəzinin (BDM) təşkil etdiyi "Qarabağ münaqişəsi: reallıqlar və tarixi təhriflər" mövzusunda konfrans keçirilib.
SİA-nın verdiyi məlumata görə, konfransı giriş sözü ilə açan BDM-in Aparat rəhbəri Samir Adıgözəlli çıxışında təşkilatın həyata keçirdiyi layihənin mahiyyətindən, Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında görülən işlər haqqında tədbir iştirakçılarını məlumatlandırıb.
Sonra Professor Vaqif Arzumanlı məruzə ilə çıxış edərək, Qarabağ münaqişəsinin yaranma səbəblərindən, mərhələli həlli prinsiplərindən danıçıb, Azərbaycan Respublikasının rəsmi mövqeyinin reallığı əks etdirdiyini və bu yöndə beynəlxalq güclərin Ermənistana təziqlərinin artırmasının vacibliyini bildirib.
Daha sonra Türkiyənin Azərbaycandakı səfirliyinin ikinci katibi Yunus Yılmaz və Gürcüstan səfirliyinin nümayəndəsi Hamlet Hüseynov öz çıxışlarında Qarabağın probleminin Azərbaycanın haqq işi olduğunu, münaqişənin sülh yolu ilə həll olunmasında maraqlı olduqlarını bildiriblər.
Konfransda Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Azərbaycan və ingilis dillərində yenicə çap edilmiş "Qarabağ münaqişəsi: həqiqətlər və uydurmalar" adlı buklet də təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB