Parlamentin payız sessiyasında “İnformasiya əldə etmək haqqında” qanunun müzakirəsi nəzərdə tutulub
Qanunvericiliyə əsasən "İnformasiya əldə etmək haqqında" qanun 1-ci oxunuşdan sonra 6 ay ərzində müzakirə olunmalıdır. SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında ombudsman Elmira Süleymanova məlumat verib. O bildirib ki, həmin müddət isə iyunun 21-də başa çatır. E.Süleymanova vurğulayıb ki, "İnformasiya əldə etmək haqqında" qanunun ikinci oxunuşda müzakirəsi parlamentin payız sessiyasına nəzərdə tutulub.
"Qanun qəbul olunandan sonra biz onun icrasına nəzarət edəcək şəxsləri qrup-qrup yığacağıq. Qrupda hər bir tərəfin təmsil olunmasına çalışırıq ki, hər bir jurnalist tərəfsiz olaraq sözünü deyə bilsin. Bu vaxta qədər biz bir neçə görüşlər keçirmişik, bu görüşlər davam edəcək", - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB