Alla Ampar: “Bakıda imzalanacaq bəyannamə hökumətlər üçün bir sıra problemlərin həllində tövsiyə olacaq”

Alla Ampar: “Bakıda imzalanacaq bəyannamə hökumətlər üçün bir sıra problemlərin həllində tövsiyə olacaq”

"Bu gündən etibarən Bakıda keçirilən Ombudsmanların IX Bakı Beynəlxalq Konfransında miqrantların və milli azlıqların problemləri müzakirə ediləcək. Təbii ki, bu sahədə problemlərin həlli üçün qarşılıqlı dialoqların yaradılması çox vacibdir". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında YUNESKO-nun Moskva Bürosunun humanitar və sosial elmlər üzrə mütəxəssisi Alla Ampar deyib.O bildirib ki, ombudsmanların beynəlxalq Bakı konfransı kimi tədbirlərin təşkili zamanıYUNESKO-nunvəzifəsi siyasətçiləri, qərarlar qəbul edən insanları, ekspertləri onlar arasında dialoqun təşkili üçün toplamaqdır.

"Ombudsmanların Bakıda keçirilən beynəlxalq konfransının sonunda bəyannamə qəbul ediləcək. Həmin bəyannamə insan haqları sahəsində hökumətlər üçün bir sıra problemlərin həllində tövsiyə olacaq. Bizim vəzifəmiz bu və ya digər sahədə tövsiyələrin işlənib hazırlanması üçün cəlb etmək, maraq doğurmaq və dialoqdan istifadə etməkdir", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə