"15-39 yaş arasında olan insanların yalnız 72%-i İİV/QİÇS haqqında məlumatlıdılar. Bu faiz göstəricisi şəhərlərdə daha yüksək (84%), kəndlərdə isə daha aşağıdır (56%).Yoxsul ailələrdən olanların yalnız 51%-i, orta və ya daha aşağı təhsillilərin isə yalnız 49%-i QİÇS haqqında məlumata malikdir".
SİA-nın xəbərinə görə, bunu "Sağlamlıq Naminə Humanitar Təbabət" İctimai Birliyi Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Sağlam gənclik- sağlam gələcək" layihəsinin rəhbəri Rəşad Bayramov keçirdiyi mətbuat konfransında bildirib.
R.Bayramov bildirib ki, layihə çərçivəsində aparılan sorğunun nəticəsində həmçinin məlum olub ki,sorğuda iştirak edənlərin yalnız 9%-inin İİV necə yayılmasının yolları barədə müəyyən bilgilərə malikdir.
Respondentlərin yalnız 32.2%-i İİV/QİŞS haqqında eşidib, 31.3%-i cinsi yolla ötürülən xəstəliklər haqqında heç bir məlumata malik deyil".
Bildirək ki, "Sağlamlıq Naminə Humanitar Təbabət" İctimai Birliyi layihə çərçivəsində Mingəçevir şəhərində əsasən Turizm Kollecinin tələbələrinin, həmçinin yerli QHT-in iştirakı ilə dəyirmi masa keçirib.
Tədbirdə çıxış edən təşkilatın rəhbəri tibb elmləri namizədi, dossent Sadiq Həmzəyev İİV/QİÇS barədə iştirakçılara geniş məlumat verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB