Arzu Rəhimov: \"DMX məkdaşları tərəfindən korrupsiya ilə bağlı hər hansı bir məsələ ortaya çıxmayıb\"
\"2007-ci ildə bu qurum yarandığı zaman verilən tapşırıqlardan biri də təşkilatda korrupsiya hallarına yol verilməməsi ilə bağlı olub və əməkdaşlarımız bunu çox gözəl başa düşüblər. Çünki bu gün hər bir əcnəbi ilə iş quran zaman başa düşürük ki, dünyada Azərbaycanın imicinə xələl gətirəcək, hər hansı rəylər yaradacaq söz-söhbətə yol verilməməlidir". SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Arzu Rəhimov korrupsiyaya qarşı mübarizə tədbirlərinə münasibət bildirərkən deyib. O vurğulayıb ki, Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən korrupsiya ilə bağlı hər hansı bir məsələ ortaya çıxmayıb. Onun sözlərinə görə, əgər belə bir hal baş verərsə, təşkilat tərəfindən lazımi tədbirlər həyata keçiriləcək.
A.Rəhimov Xaçmaz rayonunun Xraxoba kəndində baş verən məsələlərə də aydınlıq gətirib. O vurğulayıb ki, hazırda bununla bağlı heç bir problem yoxdur: "Bu kənddə dəfələrlə xidmətimiz tərəfindən tədbirlər həyata keçirilib. İnsanların hər birinə tapşırılıb ki, Azərbaycanda yaşamaq istəyirlərsə, öz yaşayışını leqallaşdırmalıdır. Əks təqdirdə ölkə ərazisini tərk etməlidirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB