"Bu gün Azərbaycanda
450 minə yaxın miqrant var\". SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə
Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimov məlumat verib. Həmin miqrantların
Azərbaycana müxtəlif səbəblərdən gəldiyini deyən A.Rəhimov vurğulayıb ki, onlar
arasında Azərbaycan vətəndaşları ilə nigahda, yaxın qohumluq əlaqəsində
olanlar, ali təhsil alanlar var.
Xidmət rəisinin sözlərinə görə, Azərbaycana gələn əcnəbilərin bir hissəsini də
əməkçi miqrantlar təşkil edir. O qeyd edib ki, daxili əmək bazarını qorumaq
şərti ilə onlara da əmək fəaliyyəti ilə məşğul olmaq üçün icazələr verilir və
onların fəaliyyəti daim nəzarətdə saxlanılır.
A.Rəhimov miqrasiya sahəsində qanunvericilik təkmilləşdirildiyini, bütün miqrasiya proseslərinin tənzimlənməsinə və idarə olunmasına, bu sahəyə dövlət nəzarətinin təmin olunmasına diqqət yetirildiyini əlavə edib. O qeyd edib ki, Azərbaycanın Miqrasiya Məcəlləsi bütün dövlət və hökumət qurumları ilə razılaşdırılıb: "Artıq Məcəllə üzrə müvafiq qurumların rəyi toplanıb və hazırda sənəd Nazirlər Kabinetində baxılır. Məcəllənin bu il qəbul edilib-edilməyəcəyi barədə nə isə demək isə hələ ki tezdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB