Komitə sədri: “Həm miqrasiya, həm də milli azlıq məsələləri ilə bağlı Azərbaycanda tam hüquqi baza yaradılıb”
\"Milli azlıqlar, milli etnik qrupların problemlərinin qorunması bütün dünyada ən əsas problemlərdən biridir\". SİA-nın xəbərinə görə, bunu baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib. O bildirib ki, əgər analitiklər dünyada mövcud olan konflikt zonaları, müzakirələri təhlil etsələr görərlər ki, onun əksəriyyəti, bəlkə də hamısında milli azlıqlardan mexanizm kimi istifadə olunur. Ə.Həsənov bildirib ki, ona görə də bu problem dünyanın ən əsas və həssas bir problemidir.
Azərbaycan dövlətinin hər zaman bu məsələyə diqqətlə yanaşdığını deyə komitə sədri qeyd edib ki, ümumiyyətlə, azərbaycanlılar hər zaman tolerant xalq, millət olub.
"Ulu öndər bu problemə çox diqqətlə yanaşıb. Hər il 16 noyabr milli tolerantlıq günü kimi qeyd edilir. Ölkə prezidenti bəyan edib ki, biz çox millətli bir ölkəyik və bu baxımdan dünya üçün nümunəyik. Dövlət səviyyəsində bu problemlərə xüsusi diqqət və qayğı göstərilir. Miqrasiya Azərbaycan müstəqilliyi əldə etdikdən sonra ölkə üçün mühüm bir problem olub. Lakin miqrasiya ilə bağlı Azərbaycanda qəbul olunan qanunvericilik aktları dünya standartlarına cavab verir. Həm miqrasiya, həm də milli azlıq məsələləri ilə bağlı Azərbaycanda tam hüquqi baza yaradılıb. Hazırda milli azlıqlar Azərbaycanda tam sərbəst şəraitdə yaşayır və fəaliyyət göstərirlər. Əgər bu gün Bakı şəhərində erməni kilsəsi qorunub saxlanırsa, bu tolerantlıq deyilmi? Bunu Azərbaycan xalqının digər ölkələrin, xalqların mədəniyyətinə olan hörmət və ehtiramı deyilmi? Bəs nə üçün qarşı tərəfdə bu hörmət və ehtiram yoxdur?. Hesab edirəm ki, bu yanaşma ikili standart deyilən məfhuma aid bir məsələdir. Ancaq bu şəraiti yaratmaqla, müxtəlif millət, milli azlıqlarla münasibət yaratmaqla, onların mədəniyyətlərinə hörmət etməklə Azərbaycan xalqı, milləti həqiqətən Şərqlə Qərbin Şimalla Cənubun qovşağında yerləşən tolerant, sivil, mədəni bir ölkə olduğunu sübut edir", - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB