Ombudsmanların IX Beynəlxalq Bakı Konfransının iştirakçıları Fəxri Xiyabanı ziyarət ediblər
Bu gün Bakıda Ombudsmanların IX Beynəlxalq Bakı Konfransı öz işinə başlayır. SİA-nın xəbərinə görə, konfransdan öncə iştirakçılar və qonaqlar Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanında Vətən uğrunda canlarını fəda edən şəhidlərin məzarını ziyarət ediblər.
YUNESKO-nun dəstəyi ilə keçiriləcək beynəlxalq konfransda İsveç, Norveç, Hindistan, Tailand, Pakistan, Polşa, Sloveniya, Rusiya Federasiyası və 12 subyektinin, Ukrayna və Moldovanın ombudsmanları və ya bu ölkələrin milli insan hüquqları təsisatlarının nümayəndələri, həmçinin insan hüquqları sahəsində tanınmış alimlər və beynəlxalq ekspertlər iştirak edəcəklər. İyunun 18-dək davam edəcək konfrans Bakı Biznes Mərkəzində keçiriləcək.
18 iyun - Azərbaycan Respublikasında İnsan Hüquqları Gününə və Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunan tədbir "Milli azlıqlar və miqrantların mədəni hüquqları: hüquqi aspektlər və implementasiya" mövzusunda təşkil olunacaq. İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın üzvü olduğu Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarının, Asiya Ombudsmanlar Assosiasiyasının məsul təmsilçiləri mötəbər tədbirə qatılacaqlar. Beynəlxalq konfransda həmçinin Azərbaycan Respublikası Prezident Administrasiyasının nümayəndələri, Milli Məclisin deputatları, dövlət qurumlarının, beynəlxalq təşkilatların, QHT-lərin, vətəndaş cəmiyyətinin, icmaların və KİV-in təmsilçiləri iştirak edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB