ARDNŞ rəhbərliyi Fəxri xiyabanda Ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
İyunun 15-də Milli Qurtuluş günü münasibətilə Azərbaycan Respublikası
Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev başda olmaqla şirkət
kollektivinin təmsilçiləri Ulu öndər Heydər Əliyevin Fəxri xiyabandakı
məzarını ziyarət ediblər. SİA-nın məlumatına görə ARDNŞ prezidenti Rövnəq Abdullayev şirkətin
rəhbərliyi adından ümummilli liderin məzarı üzərinə əklil qoyub.
Şirkət nümayəndələri milli dövlətçiliyimizin, müstəqilliyimizin
əbədiliyinin qarantına çevrilmiş yeni neft strategiyasının banisi,
suveren Azərbaycan dövlətinin qurucusu və memarı, xalqımızın ümummilli
lideri Heydər Əliyevin unudulmaz xatirəsinə Azərbaycan neftçilərinin
bəslədiyi hörmət və ehtiramın ifadəsi olaraq onun ruhu qarşısında baş
əyib, məzarı üzərinə tər çiçək dəstələri düzüblər. Şirkət
rəhbərliyinin nümayəndələri görkəmli oftolmoloq alim, akademik Zərifə
xanım Əliyevanın da məzarını ziyarət ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB