Baş nazir Rəcəb Tayyib Ərdoğanın \"ucubə" (əcaib) olaraq xarakterizə etdiyi Qarsdakı "İnsanlıq abidəsi" tamamilə sökülüb. SİA-nın CNNtürk-ə istinadən verdiyi xəbərə görə, "Türk-Erməni" dostluğunun simvolu olan abidənin sökülməsi başa catıb. Üçler Məhəlləsində büdcə balansında olan ərazidə yerləşən 24,5 metr yüksəkliyində 2 insan fiqurundan ibarət olan heykəlin son iki hissəsi "Avşin İnşaat" şirkəti tərəfindən parçalar halında sökülüb.
Heykəlin götürülməsi işləri çərçivəsində aprelin 25-dən bəri 800 ton ağırlığında 17 parça Qars Bələdiyəsinin müəyyən etdiyi anbara aparılıb. İşlərin 50-ci günündə insan fiqurlarından ibarət olan heykəli tamamilə qaldıran firma işçiləri, bünövrədəki beton qəlibin qaldırılması işlərini davam etdirirlər. İyunun 24-dək bütün işlərin yekunlaşacağı gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB