Bugün hava necə olacaq?
Milli Hidrometereologiya Departamentinin Hidrometereoloji Proqnozlar Bürosundan verilən məlumata görə, bugün Bakıda hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağa bilər.
Bakıda gecə 19-21, gündüz 30-32 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 757 millimetr civə sütunundan 760 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət gecə 60-65, gündüz 40-50 faiz olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu isə 22-23 dərəcə isti təşkil edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə