YAP-ın Suraxanı rayon təşkilatında gənclərlə görüş keçirilib - FOTOSESSİYA

YAP-ın Suraxanı rayon təşkilatında gənclərlə görüş keçirilib - FOTOSESSİYA

Bu gün 15 iyun – Milli Qurtuluş Günü münasibəti ilə Yeni Azərbaycan Partiyasının (YAP) Suraxanı rayon təşkilatında partiya rəhbərliyi rayondakı YAP-a üzvü olan gənclərlə görüşüb. SİA-nın məlumatına görə, görüşdə YAP-ın sədr müavini və icra katibi Əli Əhmədov, YAP icra katibinin müavini Mübariz Qurbanlı, Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP-ın Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və başqaları iştirak edib.

YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov partiyanın yerli strukturu, gördüyü işlər barədə danışıb. O, həmçinin 15 iyun - Milli Qurtuluş Gününün əhəmiyyətini vurğulayıb.

YAP-ın sədr müavini Əli Əhmədov 15 iyun 1993-cü ilə ekskursiya edib: "Ümummilli lider Heydər Əliyevin formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi Azərbaycanı dünyaya xüsusi yerini müəyyən edib, milli dövlətçiliyimizin bünövrəsini təşkil edərək bütün dünya azərbaycanlılarının vahid azərbaycançılıq ideyası ətrafında birləşməsi üçün möhkəm zəmin yaradıb.

YAP-ın gənclik enerjisinin yüksək olduğunu deyən Ə.Əhmədov qeyd edib ki, partiya sıralarında gənclərin sayı 40% təşkil edir.

Suraxanı rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov da bu günün əhəmiyyətindən danışıb.

İcra başçısı Suraxanı rayonunda elektron kitabxananın istifadəyə verildiyini deyib. O, lazım olarsa rayonda yerləşən Heydər Əliyev Mərkəzində "wi-fi" internet xidmətinin də istifadəyə verilə biləcəyini vurğulayıb: "Yetər ki , siz sosial şəbəkələrdə bədxahlarımıza qarşı mübarizə aparasınız".

Tədbirdə YAP-ın Suraxanı rayon təşkilatının üzvlərindən 2675 nəfərinin gənclərdən ibarət olduğu, onların sosial şəbəkələrdə aktivlik göstərdiyi qeyd edilib.

Tədbirdə YAP rəhbərliyi ilə rayon gənclərinin diskussiyası da olub.

Sonda fəal YAP üzvləri fəxri fərmanlarla təltif olunub, partiyaya yeni qəbul olunan YAP üzvlərinə isə vəsiqələr təqdim edilib.

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

Bütün xəbərlər Facebook səhifəmizdə