Şirvanda 13-cü yeni Nümunəvi Məhəllənin açılışı olub -FOTO

Şirvanda 13-cü yeni Nümunəvi Məhəllənin açılışı olub -FOTO

Şirvan şəhərində Milli Qurtuluş bayramı münasıbəti ilə 13-cü yeni Nümunəvi Məhəllənin açılış mərasimi keçirilib. SİA-nın Aran bürosunun məlumatına görə, Şirvanın Z. Tağıyev qəsəbəsində inşa olunan istirahət parkının açılışında Şirvan şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalov və sakinlər iştirak edib. M.Camalov bayram münasibəti ilə sakinləri təbrik edərək 15 İyun Milli Qurtuluş gününün mahiyyətindən və ümummilli lider Heydər Əliyevin respublikanın ağır durumunda xalqının çağrışına səs verərək yenidən hakimiyyətə qayıdışından bəhs edərək o ağır günlərin təəssüratlarından ətraflı danışıb. İcra başçısı sakinləri həm bayram, həm də yeni məhəllənin açılışı münasibəti ilə təbrik edərək xoş arzularını çatdırıb.

Sakinlər öz növbələrində yaradılan şəraitə görə ölkə başçısı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Tədbir bayram konserti ilə davam edib.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə