YAP “Silahlı Qüvvələrə Yardım Fondu”na dəstək məqsədilə xeyriyyə konserti təşkil edəcək
Yeni Azərbaycan
Partiyası (YAP) iyun ayının 16-da Mədəniyyət Mərkəzində (keçmiş Şəhriyyar adına
saray) "Silahlı Qüvvələrə Yardım Fondu"na dəstək məqsədilə xeyriyyə konserti
təşkil edəcək. SİA-nın yap.org.az saytına istinadən verdiyi xəbərə görə, konsertdə
YAP üzvü olan tanınmış sənətçilər çıxış edəcəklər.
Tədbirdə Milli Məclisin deputatları, görkəmli ictimai-siyasi xadimlər
iştirak edəcəklər. Qeyd edək ki, tədbirdən toplanan vəsait "Silahlı Qüvvələrə
Yardım Fondu"na keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB