Bayraq meydanı abidə kompleksinin açılış mərasimində rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev başda olmaqla bir sıra səlahiyyətli nümayəndələr, millət vəkilləri qatılıb. SİA-nın bölgə müxbiri xəbər verir ki, tədbir dövlət bayrağımızın meydana gətirilməsi ilə başlayıb. Daşkəsən rayonunda ilk dəfədir inşa edilən bayraq meydanı 2 ha ərazini təşkil edir. 30 metr hündürlüyü, 6 metr eni olan abidə kompleksi rayon mərkəzində, həmçinin Daşkəsənin Gəncə istiqamətindən girişində ucaldılıb. Ərazidə park salınıb, dekorativ ağaclar əkilib.
Çıxışlarda qeyd olunub ki, ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlişi ilə Azərbaycan dövləti və xalqı məhv olma təhlükəsindən qurtuldu. Xalq tərəfindən hər ilin 15 İyunu Milli Qurtuluş günü kimi qeyd olunur.
Rəsmi hissənin ardından bayram konserti düzənlənib. Bir-birindən maraqlı mahnılar ifa olunub. Əlamətdar gün münasibəti ilə rayon rəhbərliyi və millət vəkilləri, digər səlahiyyətli şəxslər birlikdə Xoşbulaq kəndinə təbii qaz verilməsi münasibətilə təşkil olunan mərasimə qatılıb.
Qeyd olunub ki, regionların iqtisadi inkişafı və digər dövlət proqramlarının icrası ucqar dağ kəndlərində belə uğurla həyata keçirilir. Hələ sovetlər dönəmində Xoşbulaqda mavi yanacaq olmayıb. İlk dəfədir ki, kəndə qaz verilir. Birinci mərhələdə 90 ailə qazdan istifadə edə biləcək. Yaxın gələcəkdə isə 3 min Xoşbulaq sakininin qazdan istifadə etməsi planlaşdırılır.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB