"Sahil" və "Şıx" çimərliklərində çimmək qadağan edildi

"Sahil" və "Şıx" çimərliklərində çimmək qadağan edildi

Səhiyyə Nazirliyi bu il ölkə ərazisində çimməsinə qadağa qoyulan çimərliklərin adını açıqlayıb. Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən SİA-ya verilən məlumata görə, Qaradağ rayonu ərazisindəki. Həmin çimərliklərdə ötən il də vətəndaşların çimməyinə icazə verilməyib.


Bununla yanaşı, bu il Sumqayıt şəhər baş dövlət sanitar həkiminin qərarına əsasən, Sumqayıtın ərazisindəki çimərliklərdə də çimməyə icazə verilməyəcək.


Mərkəzin dəniz suyu üzərində apardığı müayinələr nəticəsində məlum olub ki, Abşeron yarımadasında, o cümlədən respublikanın cənub və şimal rayonlarında yerləşən bütün çimərliklərdə çimmək olar. Həmin ərazilərdəki bütün çimərliklərdə dəniz suyu normaya cavab verir.

Analizlərin nəticələrinə görə, Mərdəkan, Şüvəlan, Novxanı, Buzovna, Zaqulba, Pirşağı, Bilgəh, Nardaran, Türkan, Hövsan çimərliklərində dəniz suyunun keyfiyyət göstəriciləri norma daxilindədir: "Qaradağ rayonu ərazisi ilə Səbail rayonu ərazisində yerləşən "Sahil" və "Şıx" çimərliklərində isə bakterioloji çirklənmə müşahidə olunub. Həmin çimərliklərlə bağlı hələ ötən ildən qəbul edilmiş qərar bu il də qüvvədə qalır. Bu haqda mərkəz tərəfindən Fövqəladə Hallar, Səhiyyə nazirliklərinə və Bakı Şəhər İcra Hakimiyyətinə məlumatlar göndərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com