10-11 iyun 2011-ci il tarixlərində Azərbaycan Respublikasının Səhiyyə naziri Oqtay Şirəliyev və nümayəndə heyətinin Naxçıvan Muxtar Respublikasına səfəri olub.
Səhiyyə Nazirliyindən SİA-ya verilən xəbərə görə, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovla görüş olub. Səmimi şəraitdə keçən görüşdə səhiyyəyə dair bir sıra məsələlər ətraflı müzakirə olunub.
Daha sonra nazir və nümayəndə heyəti Naxçıvanda təşkil olunmuş "Şəkərli diabet və onun müasir aspektləri" mövzusuna həsr olunmuş elmi-praktiki konfransda iştirak ediblər. Konfransı giriş sözü ilə acan nazir O.Şirəliyev Naxçıvanda yaradılmış hazırkı şəraitdən, əhaliyə göstərilən yüksək tibbi xidmətdən, bütün tibbi ləvazimatlarla təmin olunmuş yeni tibb müəssisələrindən söz açıb.
Konfransda Azərbaycan Respublikası Endokrinoloji Mərkəzin direktoru Rauf Cabbarov "Şəkərli diabetin müasir vəziyyəti" haqqında digər məruzəçilər isə "II tip diabetin müasir müalicə üsulları", "Şəkərli diabet və xərçəng" "Şəkərli diabet və vərəm", "Şəkərli diabetin diaqnostikası və onun ağırlaşmaları" mövzularında çıxışlar ediblər.
Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Oqtay Şirəliyev Naxçıvan Diaqnostika mərkəzində, yeni açılmış doğum mərkəzində, onkoloji dispanserdə, Şahbuz rayon Mərkəzi Xəstəxanasında olmuş və orada əhaliyə göstərilən tibbi xidmətlə yaxından tanış olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB