İyunun 16-da paytaxtda Ombudsmanların IX Beynəlxalq Bakı Konfransı öz işinə başlayacaq. Ombudsman Aparatının mətbuat xidmətinin rəhbəri Zemfira Məhərrəmlinin SİA-ya veridyi xəbərə görə, iyunun 18-dək davam edəcək konfrans Bakı Biznes Mərkəzində keçiriləcək.
Konfransdan öncə iştirakçılar və qonaqlar Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edəcəklər. 18 iyun - Azərbaycan Respublikasında İnsan Hüquqları Gününə və Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunan tədbir "Milli azlıqlar və miqrantların mədəni hüquqları: hüquqi aspektlər və implementasiya" mövzusunda təşkil olunacaq.
Tədbir iyunun 16-sı saat 10:30-da Bakı Biznes Mərkəzində öz işinə başlayacaq. Tədbirdə müxtəlif ölkələrdən xarici qonaqların iştirak etməsi nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB