Dubayın nüfuzlu Al-Bayan qəzetində 15 iyun - Milli Qurtuluş günü ilə bağlı məqalə dərc olunub
Dubay hökumətinin rəsmi mətbu orqanı olan "Al-Bayan" qəzetində 15 iyun - Milli Qurtuluş günü münasibətilə Birləşmiş Ərəb Əmirliklərindəki "Azərbaycan" Cəmiyyətinin təşkilatçılığı ilə Dubayda keçirilmiş konfransdan bəhs edən məqalə dərc olunub.
Diasporla İş üzrə Dövlət Komitəsindən SİA-ya verilən məlumata görə, "Al-Bayan" qəzetinin tədbirdə iştirak edən əməkdaşının qəzetin 13 iyun tarixli sayında "Azərbaycan Milli Qurtuluş gününü bayram edir" sərlövhəli məqaləsində Azərbaycanın Milli Qurtuluş günü münasibətilə dünyanın bir sıra ölkələrində "15 iyun – Qurtuluş" adı altında konfrans, bayram tədbirlərinin keçirilməsindən, belə tədbirlərdən birinin də Dubayda keçirilən konfrans olduğu qeyd olunub.
Daha sonra müəllif Dubayda "Azərbaycan" Cəmiyyətinin təşkil etdiyi konfrans barədə ətraflı yazaraq Milli Qurtuluş gününün tarixindən, Heydər Əliyevin Azərbaycan Respublikasında hakimiyyətə qayıdışından sonra ölkədə ictimai-siyasi sabitliyin bərqərar olunmasından, iqtisadi yüksəlişin başlanmasından və əhalinin rifah halının yaxşılaşmasından bəhs edib.
Müəllif konfransda "Azərbaycan" Cəmiyyətinin sədri Samir İmanovun hazırda Azərbaycanın müstəqil siyasət həyata keçirdiyi və bunun Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xidməti sayəsində mümkün olduğu barədə fikirlərinə da yer ayırıb.
Məqalədə Heydər Əliyevin Azərbaycan dövlətçiliyi üçün göstərdiyi xidmətləri sadalayan müəllif onu müasir Azərbaycanın əldə etdiyi uğurların banisi adlandırır və buna görə də 15 İyun tarixinin Azərbaycanda rəsmi bayram kimi qeyd olunduğunu qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB