ADA-nın Kitab Mərkəzində gənc yazarlarla görüş olacaq

ADA-nın Kitab Mərkəzində gənc yazarlarla görüş olacaq

Azərbaycan Diplomatik Akademiyasının (ADA) Kitab Mərkəzində gənc yazarlarla görüş olacaq. ADA-nın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüşdə AYB-in gənclərlə iş üzrə katibi və "525-ci Qəzet"-in baş redaktoru - Rəşad Məcid, "Ulduz" jurnalının baş redaktoru - Elçin Hüseynbəyli, "Dünya Ədəbiyyatı" dərgisinin baş redaktoru - Səlim Babullaoğlu və "Pəncərə" jurnalının baş redaktoru Günel Anarqızı iştirak edəcək.

Görüş zamanı tanınmış yazıçılar yeni nəşr olunmuş kitablarını imzalayacaq, Azərbaycanda ədəbiyyata olan marağın səviyyəsi, ölkədə kitab mərkəzlərinin sayının artması və öz yaradıcılıq planları ilə bölüşəcəklər, oxucuların digər suallarlına cavab verəcəklər. Tədbir cümə günü, 18:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə