“Uşaqlara göstərilən psixoloji xidmət işinin təşkili” adlı tədbir keçirilib
Bu gün Bakı şəhərində"Orta məktəblərdə psixoloji xidmətlərin gücləndirilməsinə dəstək və təhsil müəssələrində psixoloqların rolunun artırılması" layihəsinin yekunu olaraq "Uşaqlara göstərilən psixoloji xidmət işinin təşkili" mövzusunda dəyirmi masa keçirilib.
SİA-nın xəbərinə görə, tədbirdə Uşaq Hüquqları üzrə QHT Alyansının idarə heyətinin sədri Nazir Quliyev, "Azərbaycan Gəclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi" İctimai Birliyinin sədri Elçin Salmanov, Uşaq və Gənclərin Sosial Reabilitasiya Mərkəzinin psixoloqları Günel Aslanova və Asəf Kərimov və media nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi" İctimai Birliyinin sədri Elçin Salmanov tədbir haqqında danışıb. Onun sözlərinə görə, "Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi" İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə 1 aprel 2011-ci ildən "Orta məktəblərdə psixoloji xidmətlərin gücləndirilməsinə dəstək və təhsil müəssələrində psixoloqların rolunun artırılması" layihəsinin icrasına başlayıb. Sədr bildirib ki, layihənin icra müddəti 3 ay təşkil edir.
Tədbirdə söz alan Uşaq və Gənclərin Sosial Reabilitasiya Mərkəzinin psixoloqu Asəf Kərimov bildirib ki, layihəni keçirməkdə əsas məqsəd orta məktəblərdə psixoloji xidmətlərin inkişafına dəstək vermək və təhsil müəssisələrində psixoloqlarının rolunun gücləndirilməsinə təbliğ olunmasıdır. "Orta məktəblərdə psixoloqların rolunun gücləndirilməsinə yardım göstərilməlidir. Uşaqlarla müasir metodlar əsnasında psixoloji seminarlar keçirməliyik"-deyə psixoloq əlavə edib.
Sonda tədbirdə mövzu ətrafında müzakirələr aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB