Mətbuat Şurasının “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının iclası keçirilib

Mətbuat Şurasının “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının iclası keçirilib

Bu gün Azərbaycan Mətbuat Şurası (MŞ) "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyasının iclası keçirilib. Qurumdan SİA-ya verilən xəbərə görə, MŞ İdarə Heyətinin üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin başçılıq etdiyi komissiyanın üzvləri 8 mətbu nəşrlə bağlı məsələləri araşdırıblar. Öncə Şuranın Şikayətlər üzrə Komissiyasının 26 may 2011-ci il tarixli iclasının tövsiyəsinə uyğun olaraq 3 qəzet barədə müzakirələr aparılıb. Digər 5 şikayət isə Şuranın Katibliyi tərəfindən təqdim olunub.

Komissiya mətbu nəşrlərdən 3-nün fəaliyyətində "reket jurnalistika"ya xas cəhətlərin özünü açıq şəkildə büruzə verdiyini müəyyənləşdirib. Nəzərə alınıb ki, fəaliyyəti narazılıq doğuran KİV-lərdə gedən digər materiallar da müzakirə predmetinə çevrilə bilər. Buna görə də onların adlarının MŞ-nin "qara siyahı"sına salınması üçün Şuranın İdarə Heyətinə müvafiq rəy təqdim olunmalıdır.

Komissiya digər 5 qəzetlə bağlı araşdırmaların davam etdirilməsini məqsədəuyğun sayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə