Samsung Galaxy S II smartfonunun Azərbaycanda rəsmi təqdimatı keçirilib
2011-ci il 13 iyun tarixində dünyanın aparıcı mobil qurğular istehsalçısı Samsung Electronics şirkəti Galaxy S II smartfonunun Azərbaycanda rəsmi təqdimatını mətbuat üçün keçirib. Jurnalistlərin iştirakı ilə keçirilən təqdimat Bakıda Grand Hotel Europe mehmanxanasında təşkil olunub.
Samsung Electronics şirkətinin Bakı nümayəndəliyinin rəhbəri Cey Hi Çan Samsung Electronics şirkətinin dünyanın ən yüksək iqtisadi artım göstəricilərindən birinə malik Azərbaycanda qazandığı uğurlardan danışıb. O qeyd edib ki, iqtisadi artım ölkədə yüksək texnoloji məhsullara olan tələbata müsbət təsir göstərir, və bununla əlaqədar olaraq Samsung Electronics şirkəti Azərbaycanda ən qabaqcıl məhsulların təqdim olunmasına xüsusi diqqət yetirir. İKT-sahəli məhsul, xidmət və həllərə olan tələbat Azərbaycanda iqtisadiyyatın sabitliyini nümayiş etdirir.
Samsung Electronics şirkətinin MDB ofisinin mobil telefonların marketinqi bölməsinin rəhbəri İlya Fedotov dünya bazarlarında Samsung mobil qurğuların payının artmasını qeyd edib. Onun sözlərinə görə, hazırda Samsung mobil telefonları və smartfonları öz texnoloji tərkibinə görə digər istehsalçıların əksər analoqlarını üstələyir. Təqdim olunmuş Galaxy S II smartfonunu biznes və əyləncə üçün nəzərdə tutulmuş güclü alətlərə malik müasir smartfonun təcəssümüdür.
Galaxy S II smartfonun təqdimatı Azərbaycanda mobil qurğu və innovasiyalı texnologiyalar həvəskarları üçün əsl hadisəyə çevriləcək. Galaxy S II smartfonu (GT-I9100 modeli) çox güclü ikinüvəli Samsung Exynos 1.2Ghz prosessoru ilə təchiz edilmiş və Android 2.3 (Gingerbread) platformasında çalışır. İncə (qalınlığı 8.49 mm) və yüngül (116 q) Samsung Galaxy S II video və fotoları 4.27-düymlü geniş parlaq Super AMOLED Plus displeyində izləməyə imkan verir. Smartfonun ekranı Galaxy S modelinin ekranından 14% daha genişdir və bu ölçüdə olan digər qurğular arasında ən effektlisidir. Oyun oynadıqda, şəkil və videokontenti izlədikdə displey əla təfərrüatlı canlı, parlaq rəngləri əks etdirir. Smartfon həmçinin 8 MP-lik kamera ilə təchiz edilmişdir ki, bu da Full HD (1080р) formatında yüksək keyfiyyətli videonu çəkməyə imkan verir.
KİV təmsilçilərinə həmçinin Android 3.0 (Honeycomb) platforması və TouchWiz istifadəçi interfeysi üzərində çalışan dünyanın ən nazik yeni Galaxy Tab 10.1 planşet kompüteri təqdim olundu. Yeni model HSPA+ şəbəkəsini, Bluetooth və Wi-Fi 802.11 a/b/g/n texnologiyalarını dəstəkləyir ki, bu da yüksək sürətli yükləməni təmin edir və məlumatın ötürülməsi vaxtını azaldır.Yeni model ikinüvəli 1Ghz-lik prosessorla təchiz edilmişdir ki, bu da müxtəlif multimedia və internet proqramları ilə işləməyə imkan verir. 8,6 mm nazik korpusa malik Samsung Galaxy Tab 10.1 planşet kompüterinin çəkisi 595 qramdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB