İyunun 13-də İsveç Krallığının xarici işlər naziri Karl Bildt İçəri Şəhərlə tanış olub. "İçərişəhər"Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən SİA-ya daxil olan xəbərə görə, ilk növbədə qonağa Azərbaycan memarlığının incisi olan Qız Qalası abidəsi və burada yenicə başlamış bərpa və muzey konservasiyası işləri barədə məlumat verilib.
Nazir Bakı şəhərinin qədim iqtisadi əlaqələrinin göstəricisi və Şərq həyatının əvəzedilməz atributu olan İkimərtəbəli Karvansara, 1169-cu ildə inşа еdilmiş Aşur məscidi və yaxınlıqdakı Cümə məscidi ilə tanış olub.
Sonda Bildt ötən il bərpa olunmuş "Kiçik Karvansara" abidəsində yerləşən təsviri və dekorativ-tətbiqi incəsənət mərkəzi – "İncəsənət Bağı"nda olub və Fəxri Qonaqlar Kitabında öz ürək sözlərini qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB