Gürcüstan Müsəlmanları İdarəsinə müfti, şeyx və imam seçilib

Gürcüstan Müsəlmanları İdarəsinə müfti, şeyx və imam seçilib

Tiflisdə Gürcüstan Müsəlmanları İdarəsinə müfti, şeyx və imam seçilib. SİA-nın "Exoqafaqaza" saytına istinadən verdiyi xəbərə görə, idarənin baş müftisi Camal Paksadze jurnalistlərə açıqlamasında yeni yaradılan idarənin Gürcüstanda yaşayan müasəlmanların dini məsələlərini həll etmək üçün yaradıldığını deyib.

Qeyd edək ki, Camal Paksadze həmçinin Acariyanın beş rayonunda da müfti vəzifəsini icra edəcək. Gürcüstan Müsəlmanları İdarəsinin Baş şeyxi Vaqif Akafilov, Baş imamı isə Yasir Əliyev olub.

Bütün xəbərlər Facebook səhifəmizdə