Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsahibə elan edilir

Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsahibə elan edilir

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 2011-ci il 14 iyun tarixindən 16 dövlət orqanında inzibati vəzifələrin altıncı - doqquzuncu təsnifatlarına uyğun olan 171 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə (mərkəzi icra hakimiyyəti və məhkəmə orqanları üzrə), ümumi müsahibə (mərkəzi icra hakimiyyəti və məhkəmə orqanları üzrə) və müsahibə (yerli icra hakimiyyəti orqanları üzrə) elan edir.

Qurumdan SİA-ya verilən xəbərə görə, müsabiqəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 136-sı mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlatlarında, 26-sı isə apellyasiya və birinci instansiya məhkəmə orqanlarının aparatlarındadır.

Ümumi müsahibəyə çıxarılan 8 vakant dövlət qulluğu vəzifələrinin hamısı mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlatlarındadır.

Yerli icra hakimiyyəti orqanları üzrə isə bir vakant vəzifə müsahibəyə çıxarılmışdır.

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə uyğun olaraq müsabiqəyə çıxarılmış vakant dövlət qulluğu vəzifələrinin tutulma prosesi iki mərhələdən – test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Müvafiq vəzifənin tələblərinə uyğun gələn, ali təhsilli hər bir Azərbaycan Respublikasının vətəndaşı müsabiqədə iştirak edə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə