Rusiya Hərbi Dəniz Qüvvələrinin Xəzər Dəniz Donanmasına əlavə 3 döyüş gəmisinin daxil etməyi planlaşdırır. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Xəzər Dəniz Donanmasının komandanı, kontr-admiral Sergey Alyokminski bildirib. Onun sözlərinə görə, yaxın bir neçə ay ərzində 11661K sinfli "Dağıstan" tipli ikinci raket gəmisi donanmanın döyüş sıralarına daxil ediləcək: "Bundan başqa, Dəniz Donanmasının döyüş sıralarına "Volqadonski" və "Mahaçqala" tipli kiçik artilleriya gəmilərinin və köməkçi gəmilərin daxil edilməsi planlaşdırılır".
Qeyd edək ki, "Dağıstan" tipli ikinci raket gəmisi eyni sinfli "Tatarıstan"dan fərqli olaraq daha müasirdir. Bu gəmi daha müasir radiotexnika sistemləri və silahlarla təchiz edilib. Belə ki, yeni gəmi əlavə olaraq gəmilərə qarşı "Kalibr" raket kompleksi ilə də təchiz olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB