Əli Həsənov: “Hər bir partiyanın seçkilərdə topladığı səslər sayılmalı və ona müvafiq olaraq maliyyə açılmalıdır”-AÇIQLAMA
Siyasi partiyalar haqqında yeni qanunun qəbulu, əlavə və dəyişikliklərin edilməsi uzun müddətdir ki, müzakirə olunur. Müxtəlif siyasi partiyalar 1992-ci ildə qəbul olunmuş qanun mövcud reallıqlara cavab vermədiyi barədə müxtəlif fikirlər səsləndiriülər". SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib. O bildirib ki, ən azından bu qanunun qəbul olunmasından sonra Azərbaycan Konstitusiyası qəbul edilib, siyasi sistemin əsasları müəyyən olunb. Onun sözlərinə görə, bu sistemin əsasları ilə 1992-ci ildə deklorativ şəkildə qəbul olunan qanun bir-birinə uyğun gəlmədiyi ortadadır.
"Ona görə də bu yaxınlarda parlamentdə təmsil olunan bir qrup partiya rəhbərləri siyasi partiyalar haqqına qanuna yenidən baxılması, partiya-dövlət maliyyələşməsi məsələsi, eyni zamanda, partiya insititutunun əsaslarında müasir yeniliklərin nəzərə alınması ilə bağlı prezidentə müraciət edib. Bu təşəbbüslər prezident tərəfindən dəyərləndirildi. Hazırda həmin layihə Azərbaycan hökuməti tərəfindən Avropa Şuarasının Venesiya Komissiyasına göndərilib. Venesiya Komissiyasının rəyləri nəzərə alınmaqla yay tətilindən sonra siyasi partiyalarla birlikdə bu qanunun ictimai müzakirəsi keçirilcək. Ondan sonra parlamentdə qanun qəbulu proseduruna başlamaq olar. Azərbaycan hökumətinin mövqeyi ondan ibarətdir ki, siyasi partiyalar haqqında qanunun müasir tələblərə cavab verməsi, siyasi partiyaların dövlət tərəfindən maliyyələşməsi müsbət haldır. Siyasi partiyaların maliyyələşməsi şəfaf olmalı, dövlət büdcəsindən vahid statyalar üzrə ayrılmalı və onu paylanması ilə bağlı beynəlxalq praktika nəzərə alınmalıdır. Ondan hansı praktika və ya modelin götürüləcəyini müzakirələr göstərəcək", - deyə o əlavə edib.
Ə.Həsənov qeyd edib ki, bu məsələlərdə siyasi partiyaların yenidən qeydə alınması gündəmdə deyil, lakin dövlət maliyyələşməsinə düşmək üçün siyasi partiyalar bu və ya digər meyarlara uyğun gəlməlidirlər: "İlkin olaraq bizim təklif etdiyimiz modeldə parlament seçkiləri zamanı toplanan səslərin miqdarı nəzərdə tutulur. Yəni, hər bir partiyanın topladığı səslər sayılmalı, ümumiləşməli və ona müvafiq olaraq maliyyə açılmalıdır. Bu məsələdə partiyaların parlamentdə təmsil olunub-olunmamasının fərqi yoxdur. Əsas odur ki, son parlament seçkilərində hansı partiya nə qədər səs toplayıb və müvafiq baryeri aşan partiya maliyyələşə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB