“Qloballaşma, Milli İdeya və Müasir Azərbaycan” mövzusunda milli müzakirə keçirilib
13 iyun 2011-ci il tarixində saat 11:00 Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fələsəfə, Sosiologiya və Hüquq İnstitutunun birgə təşkilatçılığı ilə "Qloballaşma, Milli İdeya və Müasir Azərbaycan" mövzusunda milli müzakirə keçirilib.
Tədbirdə milli ideya və yeni milli gerçəklik, qloballaşan dünyada milli identikliyə çağırışlar, milli ideya və milli inkişaf strategiyası, Azərbaycançılıq XXI əsrdə: İdeya, Missiya, Dövlətçiliyin gundamental resursu və s. məsələlər əsas müzakirə mövzuları olub.
Müzakirədə Azərbaycanın dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları - Rəbiyyət Aslanova, politoloq Rasim Musabəyov və digərləri iştirak ediblər.
Tədbirdə çıxış edən qonaqlar müasir dünyamızda baş verən qloballaşmadan danışıb, bu məsələyə elmi və ictimai aspektdən yanaşıblar. Müzakirədə çıxış edən millət vəkili, politoloq Rasim Musabəyov qeyd edib ki, qloballaşma günümüzün əsas məsələlərindən biridir. Çıxışına "Həyatın mənası eksponsiyadı" fikri ilə başlayan politoloq deyib: "İstinad etdiyim bu fikrə aydınlıq gətirək, həqiqətəndə mi, həyat eksponsiyadır? Bu sualın cavabında biz görürük ki, doğurdan da həyat, cəmiyyət yaşadıqca, təcavüzlər olur və olacaqdır da. Biz bu gün milli ideyamızı bu yöndə qururuq və qurmalıyıq da. Ermənistanın bizə qarşı olan təcavüzü və bunun bütün dünyaya tanıtımı bizim milli ideyamız olmalıdır. O ki, qaldı qloballaşma dünya inkişaf etdikcə bu labüd bir haldır. Diqqətinizə bir statistik məlumatı çatdırmaq istərdim. 1990-cı illərin əvvəlində Azərbaycanda adicə telefon Azərbaycan əhalisinin 20% də vardı amma indi Azərbaycanda 7 milyon mobil telefon var. İnternetdə sosial şəbəkələr var ki, belə şəbəkələrin istifadəçiləri yüz minlərlə ölçülür. Azərbaycan əhalisinin 2 milyonu mütəmadi olaraq ölkə xaricinə səfər edib-qayıdan əhalidir. Bütün bunlar göstərir ki, qloballaşma tək qorxulu bir hadisə deyil. Sadəcə ondan düzgün istifadəni bilmək və öyrənmək lazımdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB