Nəsirəddin Tusinin “Tozlu lövhənin köməyi ilə hesab toplusu” kitabı nəşr olunub
Filosof, astronom, riyaziyyatçı, tarixçi, maliyyəçi və hüquqşünas Nəsirəddin Tusinin "Tozlu lövhənin köməyi ilə hesab toplusu" kitabı "Azərbaycan Universiteti" nəşriyyatında Azərbaycan və rus dillərində nəşr olunub.
Kitab Nəsirəddin Tusinin 810 illik yubileyi ilə əlaqədar olaraq AMEA Rəyasət Heyətinin qərarı ilə AMEA Riyaziyyat və Mexanika İnstitutunda hazırlanıb.
İnstitutun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bu kitab Azərbaycanın XIII əsrdə yaşamış ensiklopedik alimi Məhəmməd Tusinin riyazi irsindən ana dilinə çevrilmiş üçüncü irihəcmli əsəridir. Əsərdə onluq və altmışlıq say sistemlərində hesab əməllərinin yerinə yetirilməsi qaydaları verilib. Bu qaydalardan bəziləri müasir dövrdə riyaziyyat dərsliklərində verilən qaydadan daha aydın və sadədir.
Kitab orta məktəb müəllimləri, yuxarı sinif şagirdləri, elm tarixi üzrə mütəxəssislər və tusişünaslar üçün bir vəsait və qaynaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB