DİDK: “Azərbaycan diasporunun uğurlarını xalqa, ictimaiyyətə dəqiq, operativ şəkildə çatdırılmasında maraqlıyıq”

DİDK: “Azərbaycan diasporunun uğurlarını xalqa, ictimaiyyətə dəqiq, operativ şəkildə çatdırılmasında maraqlıyıq”

Bu gün dünyanın müxtəlif ölkələrində 410-a yaxın Azərbaycan diaspor təşkilatları fəaliyyət göstərir. Cari ilin əvvəlindən başlayaraq xaricdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları kifayət qədər mühüm işlər həyata keçirib. Bu barədə SİA-ya açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Bəhruz Nəzərov məlumat verib. O bildirib ki, bu təşkilatların hər biri öz növbəsində Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, müxtəlif mövzuda tədbirlərin keçirilməsi, milli müsuqinin, mədəniyyətin, milli-mənəvi dəyərlərin dünya ictimaiyyətində tanıdılması istiqamətində müəyyən işlər görüb.

Onun sözlərinə görə, bu il "Evrovision-2011" mahnı yarışmasında Azərbaycanın qalib gəlməsində xaricdəki ölkə diasporasının müəyyən rolu olub: "Bugünki gündə Azərbaycan diasporu 5-10 il bundan əvvəlki ölkə diasporudan kifayət qədər fərqlənir. Artıq azərbaycanlılar yaşadıqları ölkələrin ictimai-siyasi həyatına təsiretmə gücünə malikdirlər. Onların hər biri yaxşı təşkilatlanır, müəyyən əlaqələr qurur, yaşadığı ölkələrin dövlət, hökumət, parlament orqanlarında təmsil olunurlar. Bu da o deməkdir ki, qısa zamanda Azərbaycan diasporu böyük inkişaf yolu keçib. Biz də Azərbayan diasporunun uğurlarını xalqa, ictimaiyyətə dəqiq, operativ şəkildə çatdırılmasında maraqlıyıq".

Bütün xəbərlər Facebook səhifəmizdə