Bu gün hava necə olacaq?
Milli Hidrometereologiya Departamentinin Hidrometereoloji Proqnozlar Bürosundan SİA-ya verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında hava buludlu olacaq, gecə və səhər yarımadanın bəzi yerlərində yağış yağacaq. Bakıda gecə 19-21° isti, gündüz 26-28° isti olacaq.

Atmosfer təzyiqi 753 millimetr civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85, gündüz 50-60 faiz olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-23° isti təşkil edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə