Milli Məclisin növbədənkənar sessiyasında Əmək
Məcəlləsinə dəyişikliklər edilib. SİA-nın verdiyi məlumata görə, qüvvədə olan qanunla
dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yuxarı həddi 65 yaş
müəyyənləşdirilib. Xəbəri Parlamentin sosial siyasət komitəsinin sədri Hadi
Rəcəbli də təsdiq edib. Deputatların və mütəxəssislərin fikrincə, elmi-tədqiqat
institutlarında və ali məktəblərdə 65 yaş senzinin tətbiqi müəyyən problemlər
yarada bilər. Odur ki, Əmək Məcəlləsinə
yenidən dəyişiklik edilir və həmin müddəa yeni redaksiyada verilir.
Əmək Məcəlləsinə təklif olunan dəyişikliklərdə deyilir: "Azərbaycan Respublikasının qanunlarında müəyyən edilmiş dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi elmi tədqiqat müəssisələrində çalışanlara şamil edilmir".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB