Bu gün hava necə olacaq?
Milli Hidrometereologiya Departamentinin Hidrometereoloji Proqnozlar Bürosundan verilən məlumata görə, bugün Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, səhər və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacaq, şimşək çaxacaq. Havanın temperaturu gecə 17-22° isti, gündüz 24-29° isti təşkil edəcək.
Bakıda gecə 18-20° isti, gündüz 26-28° isti olacaq.
Atmosfer təzyiqi 752 millimetr civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80, gündüz 45-55 faiz olacaq.
Abşeron çimərliklərində isə dəniz suyunun temperaturu 22-23° isti təşkil edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə