Qəzet, sayt, yoxsa radio?

Bu gün radio Avropa.az radiosunun canlı efirində internet jurnalistikası mövzusu müzakirə olunub. SİA-nın məlumatına görə, \"Qonağım ol\" verilişinin qonaqları Mətbuat firmasının redaktoru Emil Tahiroğlu, \"Səs\" İnformasiya Agentliyinin idman şöbəsinin və Siasport.az idman portalının redaktoru Elgün Vidadioğlu, Avropa.az radiosunda \"Romantik time\" verilişinin aparıcısı Dj Anka oldular.

Verilişdə bu gün Azərbaycanda qəzet və internet saytlarının oxunaqlığı müzakirə edilib. İştirakçılardan Emil Tahiroğlu qəzet jurnalistikasının daha çox yayıldığını və bu günün statistikasına görə internet oxucularından qat-qat çox olduğunu bildirib.

SİA-nın nümayəndəsi isə informasiyanın operativliyi baxımından saytların qəzetlərdən üstün olduğunu diqqətə çatdırıb. Avropa.az-ın təmsilçisi hər iki opponentinin fikrinə qarşı olduğunu ifadə edib. Belə ki, Dj Anka internet radiosunun daha geniş kütlələrə xitab etdiyini vurğulayaraq, 1 kompüterdə 1 insanın məlumat oxuya bildiyi halda, eyni anda radionu bir neçə adamın dinləmə imkanı olduğunu qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə