“5 ildən bir iş yerləri mülkiyyət formasından asılı olmayaraq attestasiya olunmalıdır” - MÖVQE

“5 ildən bir iş yerləri mülkiyyət formasından asılı olmayaraq attestasiya olunmalıdır” - MÖVQE

Regionun aparıcı və novator təşkilatı olan GRBS-də 5 ilə yaxındır ki, "Sanitar-Gigiyena Laboratoriyası" fəaliyyət göstərir. GRBS-in "Sanitar Gigiyena Laboratoriyası"nın Azərbaycan üzrə rəhbəri Zərifə Hüseynova SİA-ya bildirib ki, GRBS-in "Sanitar-Gigiyena Laboratoriyası" nəqliyyat, neftçıxarma, neft emalı və sairə sahələrdə respublikamızda fəaliyyət göstərən ən iri təşkilatlarda iş yerlərinin sanitar norma və qaydalara uyğunluğu, əməyin mühafizəsi və təhlükəsizliyi istiqamətində uğurlu attestasiyalar həyata keçirir: "Ölkə Konstitusiyası və Əmək Məcəlləsinə görə hər bir Azərbaycan vətəndaşı sağlam iş şəraitində işləməlidir. Bunun üçün iş yerlərində sağlam və təhlükəsiz iş şərait yaradılmalıdır. Nazirlər Kabinetinin 6 mart 2000-ci ildə qəbul etdiyi 38 saylı Qərara əsasən, iş yerlərində təhlükəsiz və sağlam iş mühiti yaratmaq üçün 5 ildən gec olmayaraq iş yerləri attestasiya olunmalı, attestasiya materialları isə 45 il müddətində saxlanmalıdır".

Z.Hüseynova vurğulayıb ki, Əmək Məcəlləsinin 222 bəndinə uyğun olaraq işə götürən işçini attestasiya edib işə götürürsə, onu attestasiya olunmuş iş yeri ilə təmin etməlidir: "İş sahələrində təsadüf edilən kimyəvi, fiziki, bioloji və psixofizioloji faktorlar sanitar norma və qaydalara uyğun olmalıdır. Əkər işçinin əməyi sanitar norma və qaydaların tələblərinə uyğun olmayan iş yerlərində istismar olunursa bu onun sağlamlığına mənfi təsir göstərə bilər və buna görə müəssisə məsuliyyət daşıyır. İş prosesində işçi peşə xəstəliyinə tutulduqda isə işə götürən tərəfindən ona müavinət ödənməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə