Azərbaycanlı tibb bacısı \"Florens Naytingeyl\" medalı ilə təltif olunub

Azərbaycanlı tibb bacısı \"Florens Naytingeyl\" medalı ilə təltif olunub

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyi və Azərbaycan Qızıl Aypara Cəmiyyəti 10 iyun tarixdə \"Florens Naytingeyl\" medalı ilə təltif olunmuş bir tibb bacısının şərəfinə mərasim təşkil ediblər. BQXK-dən SİA-ya verilən xəbərə görə, tibb bacıları və könüllü sanitar xidməti göstərənlər üçün ən yüksək beynəlxalq mükafat olan bu medal silahlı münaqişə və digər fəlakət qurbanlarına yardım etmək üçün göstərilmiş xüsusi cəsarət və xidmətlərə görə təqdim olunur. Medal həmçinin ictimai sağlamlıq və sanitariya təhsili sahəsində nümunəvi xidmətləri və yaradıcı əhval-ruhiyyəni dəyərləndirmək üçün təqdim olunur.

Vəfa Əmirova Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Nizami rayon bölməsində könüllü tibb bacısı kimi çalışır. O uzun müddətdir ki, ictimai sağlamlıq sahəsində fəaliyyət göstərir. V.Əmirova BQXK-nın \"Florens Naytingeyl\" medalının 43-cü təqdimatı üçün 19 ölkədən seçilmiş 39 nəfərin arasındadır. Mükafat medaldan və diplomdan və eləcə də Florens Naytingeylin portretinin fotoqravürasından ibarətdir.

Vəfa Amirova göz qabiliyətini itirən insanlara və azadlığa buraxılan vərəmli xəstələrə xidmət göstərir, onların qayğısına qalır. "Mən öz işimi sevirəm, insanlara yardımçı olmaq istəyirəm. Demək bu insanların dəstəyə ehtiyacı var. Biz eləməsək kim edər. Onların yaşamağı bizlərdən asılıdırlar", - sözlərini deyib, öz işini məsuliyətlə əməl edirdi.

Son 90 il ərzində bütün dünya üzrə Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin fəal üzvü və müntəzəm yardımçısı olan peşəkar və könüllü tibb bacıları və sanitarlar \"Florens Nayningel\" medalı ilə təltif olunublar. Bu medal, iki ildə bir dəfə müasir tibb bacısı peşəsinin pioneri olmuş Florens Naytinqeylin doğum günü tarixində təqdim olunur. Bu günə qədər ümumilikdə 1,379 medal təqdim olunmuşdur ki, onlardan da on birinə azərbaycanlı tibb bacıları layiq görülüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə