Azərbaycanda dini talerantlıq dünya ölkələri üçün nümunə olmalıdır - DEBAT (SəsTV)
İçərişəhər "Gileyli" məscidi dini icmasının sədri Mirhəmid Məmmədovun, İçərişəhər "Həzrəri Məhəmməd" məscidinin dini icmasının sədri Xanmirzə Bağırovun və həmin məscidin axundu Hacı Mir Ağasəfin SƏS TV-yə müsahibəsi
- Avropa Komissiyasının Azərbaycanla bağlı hesabatında açıqlayıb ki, güya ölkəmizdə irqçiliyə və dini dözümsüzlüyə qarşı çıxılma halları mövcuddur?
Bağırov Xanmirzə: - Birmənalı olaraq deyə bilərəm ki, bu çox səhv fikirdir. Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin bütün tədbirlərdə rus provaslav kilsəsinin yepiskopu ilə və Dağ yəhudilərinin icmasının sədri Semyon Eşiloavla bütün konfranslarda iştirak etdiklərinin hamı şahididir. Bizim respublikada tolerantlıq mövcuddur. Bunun təzahürü olaraq bir neçə il bundan əvvəl Birləşmiş Millətlər Təşkilatının inkişaf proqramının layihəsi bizim icmaya tapşırlmışdır. Bizim talerantlıq nümunəsi olaraq nəinki İslam dini, həmçinin xristian, katolik, yahudi dinin nümayəndələri ilə söhbətlərimiz oldu, çəkilişlər apardıq və ordakı din xadimlərinin bu sahədəki fikirlərini öyrəndik. Bu xəstəliyin yaranma səbələri ilə maraqlandıq, bu da bizim xalqın talerant olduğunu göstərdi ki, biz onlara qarşı etinasız qalmadıq və bu layihənin həllini birgə başa vurduq.
- İddia olunur ki, hökümət arzuolunmaz dini qurumları yenidən qeydiyyatdan keçirəndə onlara problemlər yaradır. Bilmək istərdik, sizin təmsil olunduğunuz icmalar qeydiyyat prossesində hansısa bu cür problemlər yaşamısınızmı?
Hacı Mir Ağasəf: - Biz şəxsən belə bir problemlə üzləşməmişik. Sənədləri topladıq, icmamız rahat bir şəkildə qeydə alındı. Hansısa icmanın qeydiyyatdan keçməyibsə, yaxşı olardı ki, onlar adla deyilsin və dini qurumlar bu səbəblərini açıqlasınlar. Mən onu deyə bilərəm ki, bizim üçün belə bir məhdudiyyət yoxdur.
Hər bir cəmiyyətdə müəyyən problelər var və insan olan yerdə bu labüd haldır. Hər sahədə olduğu kimi bizdə də problemlər var, əsas odur ki, problem həllini tapmağa doğru irəliləsin. Bizim ölkədə qonaqlara daha çox hörmət olunur və başqa xalqların dinlərinə daha çox hörmət olunur və güzəştə gedilir.
Bağırov Xanmirzə: - Qeyd etmək istərdim ki, bir neçə il bundan qabaq Qəbələ rayonun Niç kəndində Alban Udin kilsəsi açılmışdır. Həmin açılışa mən də dəvət almışdım və orda çıxış etdim. Bütün ibadət olunan yerlər məscidlər Allahın evi sayılır, istər kilsə olsun istər sinaqoq olsun. Əgər bizdə dini talerantlıq olamsaydı orada islam nümayəndələri iştirak etməzdilər. Qafqaz Müsəlmanlar İdarəsinin müavini Hacı Salman və dini nümayəndələrdən də orada iştirak edirdilər.
Mirhəmid Məmmədov: - İslam dinindən başqa, qeyri-müsəliman dinlərə islamda münasibət, hətta qeyd etmək istərdim ki, islam dininin əvvəlki vaxtlarında, peyğəmbərimizin zamanında da Peyğəmbər Əkrəmin xas əlaqələri dövründən müsəlman torpaqlarında yaşayırdılar və müsəlmanlar tərəfindən onların hüquqlarları gözlənilirdi və onlarda hörmət əlaməti olaraq, müsəlman rəhbərlərinə zimmə (pay) verirdilər.
Bir müsəlman xristian kilsəsində öz qibləsinə diqqət yetirərək namaz qıla və dua edə bilər. Bunun şəriət və dini nöqtəyi-nəzərdən heç bir maneçiliyi yoxdur.
- Maraqlı deyilmi ki, Er mənistanın işğal etdiyi Dağlıq Qarabağda Azərbaycana məxsus məscidlər dağıdlıb, yerlə yeksan edilib. İrəvanda yerləşən müsəlman məscidi xarabaralığa çevrilib. Amma həmi o Avropa komissiyası bu məsələ ilə bağlı fikir söyləməyib. Sizcə avropalıların erməni sevgisinin arxasında nə durur?
Hacı Mir Ağasəf: Bizim dini qaydalara və insani, əqli qaydalara əsasən müqəddəs sayılan hər hansı bir yerə qeyri müsəlmanların qəbirstanlığına və qeyri müsəlmanların məbədinə kimsə toxuna bilməz. Bu bizim idealoji xüsusiyyətimizdir. Bizim müsəlman ziyarətgahlarımız, məbədlərimiz, məscidlərimiz çox sayda, bizim seyid ocaqlarımız və müqəddəs məkanlarımız Ermənistan ərazisində var idi və onların böyük əksəriyyəti də məhv edilib. Nümunə üçün bir İrəvanda olan məscid saxlanılıb. Bundan başqa Şuşada, Laçında, Ağdamda olan məscidlər də dağıdılıb. Ermənistan bizim xalqın, bizim dinin, ümumiyyətlə izini silmək istəyir və yeri gəlmişkən dünya bu işin qarşısını almalıdır. Yaxşı olardı ki, dünya qanunları, dünyada liderlik edən qüvvələr bunula mübarizə aparsın və heç bir xalqın mənəvi dəyərləri sındırılmasın, əzilməsin.
Bağırov Xanmirzə: Avropa komissiyası insani xüsusiyyətlərə görə, insani ədalət durumuna görə hərəkət etməlidirlər. Hər hansı bir millətin lobbisi güclüdürsə onlara təsir edirlər. Onlarda ədalət prinsipi olaraq birtərəfli mövqe tutmasınlar. İnsanlar hamısı Allahın bəndəsidir, onaların dinindən, irqindən asılı olmayaraq hamısı allah bəndəsidir. Onlar reallığa baxıb, faktlara əsaslansınlar. Bir ölkədə əgər dini məbədlər sökülürsə onlar haqqında tədbirlər görülməlidir. Qeyd etdiyim kimi, Azərbaycanda onların dini məbədlərinə və onların dindarlarına da hörmətlə yanşırlar.
Mirhəmid Məmmədov: İnsana hörmət, ehtiram olduğu qədər məscidə də hörmət, ehtiram gərəkdir. Məscidlər insanın ailəsidir, güzgüsüdür. İnsanlarla aynanı sındırmaqla öz eyiblərini gizlədə bilməzlər. Məscidlərin dağıdılmasının bizim üçün bir faydası var ki, onların daha da təcavüzkar, daha da zalım olmalarını bütün dünyaya göstərir. İslam xalqı sülh sevən bir xalqdır, islan həmişə sülhün tərəfdarı olub və biz insanların da əmin və etibarlı bir insan olmamızdan xəbər verir. Allahın nurunu heç zaman gizlətmək olmaz. Qiymətli bir şeyi nə qədər gizlətsən o yenə də üzə çıxacaq. Məscidlər allahın nurudur, şəhidlərimizə və müqəddəs adımıza toxunmaq olamaz. Şəhidlərin qəbirləri, ehtiramı vacib olduğu kimi, məscidlərimizin də ehtiramı vacibdir, bu müqəddəs ada toxunmaq olmaz.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB