Milli Qurtuluş Günü ilə bağlı qəzetlər müxtəlif yazılarla çıxış etməyi nəzərdə tutur - SORĞU
- Ölkə mətbuatı 15 İyun - Milli Qurtuluş Gününü necə və hansı formada qeyd etməyi nəzərdə tutur? Sizcə, Azərbaycan mətbuatında Ulu Öndər Heydər Əliyevin irsi, fenomeni kifayət qədər tədqiq olunurmu? Bu suallarla bağlı qəzet baş redaktorlarına müraciət etdik.
Elçin Mirzəbəyli, "Xalq Cəbhəsi"
qəzetinin baş redaktoru: 
- Ölkə mətbuatı müxtəlif formada 15 İyun - Milli Qurtuluş Gününün necə və hansı formada keçirilməsi ilə bağlı müzakirələr aparmayıb. Ancaq hər zaman olduğu kimi, media həmin dövrdə baş verən hadisələri obyektiv şəkildə işıqlandırır. Ümumiyyətlə, ənənəvi olaraq, mətbuat orqanları 15 iyun ərəfəsində tarixi proseslərə nəzər salmaqla, 15 iyun tarixinin nə qədər önəm kəsb etdiyini bir daha Azərbaycan ictimaiyyətinin diqqətinə çatdırmağa çalışır. Nə qədər ki, Azərbaycan dövləti və mətbuatı var, Ulu Öndər irsinin öyrənilməsi və tədqiqi istiqamətində fəaliyyətini davam etdiriləcək. Hazırkı mərhələdə isə, onu demək olar ki, ölkə mətbuatı Ulu Öndər Heydər Əliyevin irsi fenomenini kifayət qədər işıqlandırırlar və işıqlandıracaqlar da. Hesab edirəm ki, ölkədə fəaliyyət göstərən aparıcı media orqanları bu prosesə hər zaman öz töhfələrini verməyə çalışıblar və bundan sonra da bu kursu davam etdirəcəklər.
Yunus Oğuz, "Olaylar" qəzetinin baş
redaktoru:
- Hər zaman, ölkə mətbuatı 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı keçirilən tədbirlərə geniş yer ayıraraq işıqlandırır. Yəni, biz mətbuat nümayəndələri 15 İyun - Milli Qurtuluş Gününü böyük təntənə ilə qeyd edirik.
Azərbaycan mətbuatında Ulu Öndər Heydər Əliyevin irsi kifayət qədər tədqiq olunur. Əslinə qalanda, tədqiq olunmaq qəzetlərin işi deyil. Yəni, biz yalnız təbliğ edə bilərik. Burada tədqiq isə, tamam başqa qurumların işidir. Amma bundan da irəli gələn məsələlər var. Çünki bildiyiniz kimi, qəzetlər gündəlik xəbərlərlə və baş verən hadisələrlə daha çox gündəmi tuturlar. Əgər hansısa bir qurum Ulu Öndər Heydər Əliyevin irsinin təbliği barədə tədbir keçirərsə, əlbəttə ki, ölkədə fəaliyyət göstərən media orqanlarının mənəvi borcudur ki, keçirilən həmin tədbiri geniş şəkildə işıqlandırsın.
GÜLYANƏBütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB