Gəncədə Korporativ İdarəetmə Standartları ilə bağlı tədbir keçirilib
Regionlarda fəaliyyət göstərən sahibkarların "Azərbaycan İdarəetmə Standartları" ilə bağlı məlumatlandırılması, həmçinin standartların tətbiqinin təşviqi məqsədilə Gəncə şəhərində tədbir keçirilib. SİA-nın bölgə müxbiri xəbər verir ki, tədbirdə İqtisadi İnkişaf Nazirliyinin, Beynəlxalq Maliyyə Korporasiyasının nümayəndələri, eləcə də Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlar iştirak edib.
Çıxış edənlər bu standartın tətbiqi, həmçinin, şirkətlərin səmərəli, daha şəffaf idarə olunması üçün optimal fəaliyyətin təşkilinə, korrupsiya ilə əlaqədar hüquqpozmaların qarşısının alınmasına, kommersiya təşkilatlarının korporativ idarə edilməsinin təkmilləşdirilməsinə, eləcə də təşkilatların keyfiyyətcə yaxşılaşdırılmasına şətarit yaradacaq. Beynəlxalq Maliyyə Korporasiyasının layihə üzrə meneceri Anar Əliyev standartların mahiyyəti barədə ətraflı məlumat verib.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB