Musa Quliyev: “Azərbaycan hökuməti tərəfindən əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ciddi addımlar atılmaqdadır”
"Azərbaycan hökuməti tərəfindən əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ciddi addımlar atılmaqdadır. Bütün bunlar görülən işlərin davamıdır". SİA-nın xəbərinə görə, bu fikirləri yap.org.az saytına açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib.
M.Quliyev bildirib ki, cəmiyyətdə şəffaflıq amili
diqqət mərkəzindədir. Onun sözlərinə görə, bu məsələdə dövlət başçısı qəti
mövqe nümayiş etdirib və müvafiq orqanlara tapşırıqlar verib.
\"Bütün Azərbaycan cəmiyyəti dövlət başçısının bu mövqeyini dəstəkləyir. Hesab edirəm ki, hökumət tərəfindən görülən tədbirlər nəticəsində əhalini düşündürən bütün məsələlər öz həllini tapacaq", - deyə komitə sədrinin müavini qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB